Xarkovda yaşayış binasına raket zərbəsi - Ölənlər var

21:00 01.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın Xarkov şəhərində yaşayış binasına endirilən aviazərbə 8 nəfərin həyatına son qoyub.

Hafta.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Hücum zamanı daha 6 nəfər yaralanıb. Yaşayış binasından 38 nəfər xilas edilib, onlardan ikisi dağıntılar altından çıxarılıb.

Axtarış-xilasetmə işləri davam edir.